Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nevroloqların nəzərinə!- Dr.Tomas Raunun seminarı keçiriləcək

  • 2024.04.03 14:50
  • 1227 Baxış
Nevroloqların nəzərinə! -  Dr.Tomas Raunun seminarı keçiriləcək
16 aprel 2024-cü ildə Dr.Tomas Raunun Bioloji Təbabət və İnteqrativ Müalicə Mərkəzində mühazirəsi keçiriləcək.

"Medicina" xəbər verir ki, mühazirədə Dr.Tomas Rau sinir sisteminin xroniki, autoimmun, degenerativ xəstəliklərindəki nailiyyətlərinin nə ilə bağlı olduğunu açıqlayacaq.


Dr. med. Thomas Rau M.D. Bioloji təbabət üzrə ekspert, Sonberq BioMed Mərkəzinin təsisçisi və baş həkimidir.


Karyera və akademik təhsil

• Bern Universiteti Tibb fakultəsi
• İsveçrə və ABŞ-da tibb üzrə buraxılış imtahanları
• Təhsilini başa vurduqdan sonra revmatologiya, daxili və ümumi xəstəliklər üzrə ixtisaslaşmışdır

• 1981-ci ildən FMH İsveçrə Tibb Assosiasiyasının üzvüdür
• 1981-ci ildən 1982-ci ilə qədər ənənəvi təbabət təcrübəçisi və revmatologiya və reabilitasiya təbabəti üzrə İsveçrə müalicə mərkəzinin tibbi direktoru
• 1983-1992-ci illərdə narkoloji reabilitasiya mərkəzində həkim
• 1992-2019-cu illərdə Lustmühle (İsveçrə) Paracelsus klinikasının tibbi direktoru və hissə sahibi

• 2020-ci ilə qədər “Paracelsus Bioloji Təbabət Akademiyası” -nın akademik şəbəkəsinin və təhsil təşkilatının rəhbəri

Nişanlar və fəxri adlar

• 1997-ci ildən tərəfdaş klinikaların inkişafında iştirak edir (ABŞ, İsveçrə, Malayziya, Vyetnam və Kipr)
• ABŞ Bioloji Təbabət Şəbəkəsinin Təsisçisi və 2008-ci ilə qədər idarə heyətinin üzvü
• 2019-cu ildə Avstriyanın Vyana şəhərindəki Avropa Universitetinin fəxri professoru adına layiq görülüb.

Dr. Rau karyerasının əvvəlindən təbii müalicələrə diqqət yetirmişdir. Xəstələrinin müalicəsində əldə etdiyi uğurlar ona alternativ müalicə üsulları üzrə ixtisaslaşmağa yönləndirdi.

Dr. Rau 30 ildən artıq bilik və təcrübəsinə əsaslanaraq özünün holistik müalicə nəzəriyyəsini inkişaf etdirmişdir. Bu nəzəriyyə Dr. Raunun Bioloji Təbabətidir. Bu detoksikasiya, qidalanma, həzm və immunitet sisteminin davamlı şəkildə tənzimlənməsi prinsiplərinə əsaslanır.

Aygün M