Hansı simptomlar ciddi nevroloji xəstəliklərdən, pozulmalardan xəbər verir? Hansı halda adi baş ağrısıdır, nolsun ki, yuxum pozulub deyib keçməməliyik?
İnsanın sinir sistemi – baş beyin və onurğa beyindən qaynaqlanır. Beyin bütün orqan və sistemləri idarə edir. İnsan sinir sisteminin ciddi xəstəliyini adi yorğunluqla səhv sala bilər.
Medicina.az nevroloji sistemdə fəsadları göstərən 9 simptomu təqdim edir.
Simptomlar baş, onurğa, periferik sinir sisteminin problemlərindən asılı olaraq dəyişir:
1. Uzun müddətli baş ağrıları
Ayda 3 və daha çox sayda baş ağrısı. dərmana tabe olmayan, huşa, diqqətə, danışığa belə təsir edən baş ağrıları sizi şübhələndirməlidir. Xüsusən 45-50 yaşdan sonra birdən-birə başlayan ağrıları evdə yola verməyin.
Bu yaşdan sonra beyin qan dövranı pozulması, boyun ostexondrozu, təzyiq, insult, beyin şişləri riski artır. Müayinə üçün damar dopleri, baş və onurğa MRT-si edilir.
2. Bel, ayaq və qollarda ağrılar
Səbəbsiz yerə, qəfildən başlayıb kəssə də, ara sıra özünü göstərsə də, hansısa maza, kompresə güvənməyin. Mütləq nevroloqa müraciət edin. Onurğada dəyişikliklər, protruziya, yırtıqlar, ostexondroz, iri oynaqlarda artroz, artrit bəzən yüngül ağrı ilə başlayır, sonra itir, bir neçə il sonra artıq kəskin mərhələdə özünü göstərir. Bu ağrılar üçün travmatoloq və nevroloqa müraciət olunur.
3. Baş gicəllənmə, qulaqlarda küy, yerişin dəyişməsi, səntirləmə
Bunlar vestibulyar aparatın pozulması kimi nevroloji haldan tutmuş ciddi Parkinson, Alsgeymer, demensiya, ateroskleroz, baş beyin qan dövranı pozulması və onurğa xəstəliklərinin siqnalı ola bilər
4. Bədəndə, ayaqlarda, kürəkdə yanma, gizilti hissi, iynə batırma, keyimə, uyuşma
Hətta ara sıra, kiçik sahələrdə olsa da, bir müddət sonra ciddi siqnallar verir. Bu beyin və periferik sistemin işində problemdən qaynaqlanır
5. Dad, qoxubilmə, görmə, eşitmənin zəifləməsi
Qəfildən, sürətlə başlayıbsa, təcili nevroloqa və baş beyin həkiminə getmək lazımdır.
6. Qıcolmalar, bayılmalar, epileptik tutmalar
Tək-tək tutmalar epilepsiya, beyin şişləri, ürək-damar və ciddi nevroloji xəstəliklərdən xəbər verə bilər.
7. Yuxunun pozulması
Əgər siz 30-50 dəqiqə ərzində yuxuya gedə bilmirsizsə, sutkada 7 saat yatmırsızsa, gündüzlər daim yuxulu olursuzsa, yuxudan tez-tez oyanırsızsa bu nevroz, depressiya, qalxanvari vəz hormonal problemlər, nevroloji problemlər, Parkinson simptomu ola bilər.
8. Koqnitiv funksiyaların dəyişməsi
Danışıqda dəyişiklik, sözlərin aydın olmaması, yaddaşda pozulma, düşüncədə geriləmə, tormozlanma, başqalarının nitqini başa düşməmək- insult, skleroz, demensiya və digər patalogiyaların siqnalıdır
9. Əhval-ruhiyyənin dəyişməsi, depressiya, gərginlik, panik atak
Mütləq endokrinoloq, nevroloq müayinəsindən keçmək lazımdır. Əgər ciddi nevroloji problemlər olmasa, psixiatr və psixoloq müalicəsi mütləqdir.
Nevroloqlar bu simptomların səbəblərini əyani yoxlama, funksional testlər, damarların dopleri, baş və onurğa MRT-si, bəzi analizlərlə təyin edir.
Əgər sizin də müalicəsində çətinlik çəkdiyiniz nevroloji, baş, boyun, bədən ağrılarınız, psixoloji narahatlıqlar və panik ataklarınız varsa, MED Konsiliuma müraciət edin, ən yaxşı həkim və müalicəni əldə edə bilərsiniz:
050 372 77 14
Dhfnymyjfj
Salam həkim. Mən 6 il qabaq özümü pos hiss elədim. Canıma qorxu gəldi. Əllərim ayaqlarım əsməyə başladı. Həkim gəldi. Xəstəxanaya apardılar. Diaqnoz qoyuldu ki, osteaxondroz. Xəstəxanadan çıxdım. Yenə titmalar başladı. Bir çox diaqnozlarda keçdim, heç nı aşkarlanmadı. Dedilər nevrozsan. Heç bir müalicə alçadım. Dəli kimi opmuşdum. Evdən çölə çıxmağıa qorxurdum mi yolda pis olaram, yıxılaram. Amma yavaş yavaş çıxmağa başladım. Havada oldum. Qorxu canımda qaldış amma artıq işə getmıyə başladım. Son bir ilə kimi. Hər şeyi tərgitmişdim. Nə siqaret, nə araq qəbul etmirdim. Siqaretə başladım. 6 ay sonra yenə pzümü pis etməyə başladım. Bu dəfə qorxmaq yix, amma özümü pis hiss edirdim. Beynimi MRT elətdirdim. Mülayim atrofiya, beyində 2mm ocaq aşkarlandı. Qan itkim də olmuşdu. Babasildən əməliyyat olundum. İ di belə narahatçılıq yaranıb. Daima yorğun, günüzlər yuxululuq, beyində səs küy, depressiv hallar. Mənə kömək edin. Bu nə ola bilər. MRT in cavabı qorxulu deyil ki? Tel; 0516163443
Baş gicəllənmə urək bulnma kurkde uzdə yanma hissii uşutmə titrətmə