Ağız marçıldatma, saqqız çeynəmə, gəyirmə, hətta nəfəs alıb-vermə səsinə belə dözə bilmirsiniz? Medicina.az xəbər verir ki, əgər sizdə də bu problemlər varsa, deməli, misofoniyadan əziyyət çəkirsiniz. Araşdırmalara görə, bu xəstəlik sinir sistemi ilə bağlıdır.
Problemin səbəbkarı qarşı tərəf görünsə də, bu, belə deyil. Misofoniya 2000-ci ildən bəri xəstəlik kimi qəbul olunub. Bu xəstəliyin "Diagnostic and statistical Manual of Mental Disordes" kriteriyasında dəqiq bir təyinatı yoxdur
Misofoniya nədir, əlamətləri nələrdir?
Misofoniya eşitmə ilə əlaqədər xəstəlik deyil, ətrafdakı səsləri qəbuletmə problemidir. Bəzi incə, ritmik, zəif səslərə qarşı həddindən çox həssas olmaqdır. Bəzi şəxslərdə misofoniyanın şiddətli dərəcəyə çatdığı zaman gecə yarısı və səhər oyanma vaxtının başlanması olur.
Xüsusi ilə yuxusuzluq zamanı bu problem ifrat dərəcədə olur. Bu, 10 insandan 2-də müşahidə edilən psixoloji narahatlıqdır. Ciddi vəziyyət alanda gündəlik həyat səviyyəsinə mənfi təsir edir.
MİSOFONİYA SİMPTOMLAR
• Gecələri yüksək səslə musiqi dinləməkdən narahat olmaq.
• Sabah saatlarında erkən oyanmaq üçün qurulan "budilnik” səsi
• Lazımsız səslərin dayandırılmadığı zaman əsəbləşir
• İnsanların yüksək səsli gülüşləri
• Lazımsız çıxarılan ritmik ağız səsləri
• Ağız marçıltısı
• Avtomobillərin siqnal və digər səsləri
- Səssizlik zamanı xüsusi diqqət lazım olan məqamda çıxarılan lazımsız səs-küy
Məsələn, masaya qələm vurmaq, ayaqlarını yerə döymək, saatın tik-tak səsləri.
- Gündüzləri yox gecələri sevmək (Səssizliyindən dolayı)
- Uşaq ağlamasına əsəbləşərlər. Hətta bu səsi kəsmək üçün təhlükəli şeylər düşünür.
MİSOFONİYA XƏSTƏLƏRİ NECƏDİR?
Misofoniya xəstələri adətən az danışan insanlardır. Təbiət səslərindən və akustik əks-sədadan ifrat dərəcədə həzz alarlar. Yüksək dağa çıxıb bağıraraq səslərini eşitdirmək istəyərlər. O zaman daxillərində hüzur dalğalanması baş verər və rahatlığa qovuşarlar.