ABŞ Prezidenti Co Bayden xəstələndiyini etiraf edib.
Bakupost.az xəbər verir ki, Bayden xəstəliyin ona yaş yarımlıq nəvəsindən keçdiyini bildirib.
"Yaxşıyam, hər gün COVID-19 testi verirəm. Mənim yaş yarımlıq nəvəm var və o, babasını öpməyi sevir. Bir sözlə, sadəcə soyuqdəymədir", - Bayden səhhəti ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Qeyd edək ki, cümə günü ABŞ Prezidenti işsizliklə bağlı bəyanat verərkən səsindən xəstə olduğu hiss edilib və bir neçə dəfə öskürüb.