Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nəslində mədə-bağırsaq xərçəngi olanlar üçün - Təhlükəli yaş dövrü

  • 2022.04.05 14:21
  • 2061 Baxış
Nəslində mədə-bağırsaq xərçəngi olanlar üçün  - Təhlükəli yaş dövrü


Mərkəzi Klinikaya müraciət edən 64 yaşlı, rektal qanama, qanazlığı, halsızlıq, iştahsızlıq, defekasiya zamanı ağrı şikayətləri ilə müraciət edən xəstənin kolonoskopik müayinəsi zamanı sigmoid bağırsaqda törəmə aşkarlanıb və biopsiyalar alınıb və bağırsaq xərçəngi olduğu müəyyən edilib.

Medicina.az xəbər verir ki, qastroentroloq Emin Verdiyevin bildirdiyinə görə, 45 yaşdan sonra hər kəsə profilaktik olaraq mədə-bağırsaq müayinəsi məsləhətdir.

Həkim qeyd edib ki, birinci dərəcəli qohumlarında mədə bağırsaq sistemi ciddi xəstəlikləri (polip, xərçəng) aşkarlanan şəxslər profilaktik olaraq yoxlanılmalıdır.

"Vaxtında müayinə və erkən müdaxilə həyat qurtarır"