Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nəsildən nəslə irsən ötürülən xərçəng növləri

  • 2024.02.05 21:47
  • 1297 Baxış
Nəsildən nəslə irsən ötürülən xərçəng     növləri

Bir çox xərçəng növləri valudeynlərdən irsən ötürülür.


“Medicina” xəbər verir ki, onkoloq Yuliya Şubina həmin növləri sadalayıb:

“Süd vəzi, mədə, yumurtalıq, medulyar xərçəng və yoğun bağırsaq xərçəngi genetik daha çox ötürülür.

Genetik xərçəng onkoloji xəstəliklərdə məhdud həddədir. 80% xəstələrdə şiş spontan yaranıb inkişaf edir. Belə şişlər təsadüfi mutasiyalar nəticəsində olur.

Orqanizmə çox sayda kanserogen daxil olarsa və ya qeyri-sağlam həyat sürülərsə müəyyən yaşda baş qaldırır.

Qan bağında belə xərçəng olan qadınlar öncədən genetik analizlər verməlidir ki, riski qiymətləndirsin.

Ailədə, nəsildə mədə-bağırsaq xərçəngi olanlar artıq 35 yaşdan hər 2-3 ildən bir qastroskopiya, kolonoskopiyadan keçməlidir.

Amma 90% halda insanın hansı xərçəng növünə daha çox meyilli olduğunu öncədən təyin etmək mümkün deyil”.

Aygün M