Azərbaycanda "Nestle” şirkətinin məhsulu olan "Nescafe”nin içərisindən suxari əzintisi çıxıb. Bu barədə Bakı şəhər sakini (adının açıqlanmasını istəmir) "Azad İsehlakçılar" İctimai Birliyinə müraciət edib.
Medicina.az xəbər verir ki, İctimai Birliyin sədri Eyyub Hüseynov bildirib ki, məhsulu təqdim edən şəxs iddia edir ki, onu açanda içərisində kofe deyil, suxari əzintisi olduğunu görüb:
"Bu barədə təşkilatımıza müraciət edib. "Nescafe”nin içərisindən çıxan məhsul qoxusuna görə suxariyə oxşayır. Lakin onun nə olduğunu araşdırmaq lazımdır. Üstəlik, həmin qaba nə üçün suxari doldurula bilər? Qabın ağzında falqa da var. Bunun araşdırılması üçün "Nestle”nin Azərbaycandakı distribüteri "Veysəloğlu” şirkətidir. Biz onlarla əlaqə saxlamışıq ki,”Nestle” şirkətinin nümayəndəliyinə məlumat verilməli, məsələ araşdırılmalıdır. Lakin 4 gündür məlumat versək də, hələ ki, bir cavab verilməyib. Əslində özləri maraqlı olmalıdırlar ki, ağzı falqa ilə bağlı olan qaba suxari necə doldurulub?”.