Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Nəqliyyat axını, “D” vitamini çatışmazlığı və payız fəsli..." - Yoluxmanın artmasının səbəbləri

  • 2020.09.25 13:18
  • 2212 Baxış
"Nəqliyyat axını, “D” vitamini çatışmazlığı və payız fəsli..."  - Yoluxmanın artmasının səbəbləri

Rusiya Səhiyyə Nazirliyinin Hamaley adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Ginzburq ölkədə son vaxtlar yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artmasının səbəblərini açıqlayıb.

Medicina.az xəbər verir ki, APA-nın məlumatına görə, A. Ginzburq bildirib ki, yoluxmanın artması nəqliyyat axını, “D” vitamini çatışmazlığı və payız fəslinin daha həssas olması ilə bağlıdır.

Qeyd edək ki, Rusiyada son sutka ərzində 7 212 nəfərin yeni növ koronavirusa yoluxduğu açıqlanıb. Moskvada son sutka ərzində koronavirusa yoluxanların sayı 1 560 nəfər olub. Bu, son həftə ərzində yoluxmanın 30 faiz artdığını göstərir.