Bir çoxlarının demək olar hər gün istifadə etdiyi nəm salfetlər qadağan ediləcək.
Medicina.az xəbər verir ki, bu barədə qərar
İngiltərədə verilib. Buna səbəb isə salfetlərin torpağa qarışmaması və zərər verməsidir. Bununla yanaşı qadağan olunan əşyalar sırasına butulkalar da daxil edilib. Belə ki, 2020-ci ildən sonra plastik butulkalarda su satışına qadağa qoyulacaq.
Bəs hansı əşya neçə ilə torpağa qarışır?
Onlardan bir neçə nümunə təqdim edirik:
Şüşə - 4000 il
Plastik butulka - 1000 il
SİM kartlar - 1000 il
Plastik boşqab – 500 il
Şüşə butulka - 400 il
Batareya - 300 il
Saqqız - 5 il
Siqaret – 1 il
Pampers - 6 ay