"Neftçi" klubunun daha bir futbolçusunda koronavirus aşkarlanıb.
Son testlərdən sonra belçikalı yarımmüdafiəçi Sabir Buqrinin də infeksiyaya yoluxduğu bəlli olub.
Paytaxt təmsilçisinin qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyevin isə testi mənfi nəticə verib.
"Neftçi"nin baş məşqçisi Samir Abasov, onun köməkçisi Vəfadar Quliyev, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, həmçinin yarımmüdafiəçi Fəhmin Muradbəylinin testi növbəti dəfə müsbət çıxıb.
Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 5-də səfərdə "Sabah"la qarşılaşmalı idi, lakin görüş təxirə salınıb.