Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Neftçilər Xəstəxanasının həkimi koronavirusa yoluxdu - "370 nəfərin içində mən də varam"

  • 2020.06.14 23:35
  • 4187 Baxış
Neftçilər Xəstəxanasının həkimi koronavirusa yoluxdu -   "370 nəfərin içində mən də varam"

Mərkəzi Neftçilər Xəstəxanasının həkimi Nicat Əzimli koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, N.Əzimli bu barədə məlumatı özü paylaşıb.


"Bu günkü 387 nəfərin içində mən də varam. Və ciyərlərimdə vəziyyət heç də yaxşı deyil. Hər bir ehtimalı nəzərə alaraq, sizə bir mesajı çatdırmağı özümə borc bilirəm. Xahiş edirəm, bizə inanın, insanlara bu virus yoxdu deyib, onları çaşdırmayın. Həkimlərə sayğı göstərin. Unutmayın sizin üçün həyatımızı riskə atmışıq. İnşallah, görüşmək ümidilə".