Ağrı və qanama şikayətləri ilə Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edən qadından 28 sm ölçülü fibromioma xaric edillib.
"Medicina" xəbər verir ki, 48 yaşlı qadın ağrı və qanama şikayətləri ilə əməliyyata alınıb.
Cərrah Fuad Qurbanovun göndərişi əsasında müvafiq müayinələr aparıldıqdan sonra xəstənin qarnında böyük ölçülü fibromioma aşkarlanıb. Uşaqlıq qanaxma səbəbindən hemoqlabin normadan nisbətən aşağı olduğu üçün bir müddət müalicə ilə normallaşdırılaraq əməliyyata alınıb.
Əməliyyat zamanı həm öncəki əməlliyyatlardan sonra yaranan ventral yırtığın ləğvi icra olunub, həm də 28 sm ölçülü fibromioma xaric edilib.
Aygün Musayeva