TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasının Ümumi cərrahiyyə və orqan transplantasiyası şöbəsində yüksək ixtisaslı mütəxəssis həkimləri tərəfindən 2023-cü ilin 2000-ci əməliyyatı icra edilib.
"Medicina" xəbər verir ki, professor, tibb üzrə fəlsəfə doktoru, həmçinin xaricdə təhsil almış uzman həkimlər, dünyanın aparıcı klinikalarında işləmiş və ya təkmilləşmə kursları keçmiş yüksək səviyyəli həkim kollektivi tərəfindən ümumi cərrahiyyə, neyrocərrahiyə, endokrin cərrahiyyəsi, travmatologiya və ortopediya, mikrocərrahiyyəyə aid əməliyyatlar uğurla həyata keçirilib.
Qeyd edək ki, həmin şöbənin 2022-ci ilin dekabrın sonunda bu rəqəm 1290 əməliyyat idi.