Xüsusi rejimli xəstəxanalarda həkimlər arasında yoluxma azdır.
Bunu Oeprativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, Neftçilər Xəstəxanasında 7 fakt aşkar edilib.
Onların da əksəriyyəti evdən yoluxublar. O qeyd edib ki, bütün tibb personalı içərisində yoluxma göstəricisi 8% təşkil edir: “Bunun böyük hissəsi evlərdən daşınan infeksiyalardır”.