Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub.
Medicina.az xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Məlumatda bildirilib ki, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.
Bir neçə müddətdir ki, vakant qalan yerə xəstəxananın Poliklinika şöbəsinin müdiri Hüseyn Şahmalıyev təyin edilib.
Qeyd edək ki, bir müddət öncə Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev işdən çıxarılaraq Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.(Oxu.az)