Neftçala rayonunda zəhərlənmə hadisəsi baş verib.
Medicina.az "Report”a istinadən xəbər verir ki, rayonun Bankə qəsəbəsində yerli sakinlər - 1979-cu il təvəllüdlü Məmmədova Nuranə Siyasət qızı və 2007-ci il təvəllüdlü Məmmədov Davud Müşfiq oğlu bir neçə gün əvvəl ət kotleti yedikdən sonra özlərini pis ediblər.
Onlar yaxınları tərəfindən Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, xəstələrin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.