Nevroptoz nefroloji xəstəlik olub, böyrəklərin anomal hərəkətliliyi sayəsində öz zonası, sərhədlərindən çıxması, anatomik vəziyyətini dəyişməsi ilə xarakterizə olunan patoloji vəziyyətdir.
Medicina.az xəbər verir ki, zamanla çox insanlarda rast gəlinən xəstəlik insanın həyat və iş rejiminə mənfi təsir edir, böyrəklər və digər orqanlarla bağlı əlavə patologiyalara səbəb olur.
Böyrəklər hərəkət edirmi?
Normal sağlam insanın böyrəkləri kifayət qədər hərəkətli olur. Qaçış, intensiv idman, fiziki yük zamanı orqanlar yarım sm məsafədə yerini dəyişə bilər. Əgər bu aralanma və ya enmə 2-3 sm-i keçirsə, deməli, nefroptoz yaranacaq.
Bu xəstəlik kifayət qədər insanda, xüsusən 30-50 yaş arası kişilərdə, gənclərdə, idmançılarda,eləcə də qadınlarda rast gəlinir.
Xəstə çox zaman bundan xəbərsiz olur, ara –sıra ağrılardan şikayətlənir, nefroptoz olduğunu təsadüfən tibbi müayinədə, USM zamanı öyrənir.
Sağ böyrək sola nisbətən daha çox düşür, çünki sol orqan daha möhkəm bağ aparatı ilə möhkəmlənib.
Yaranma səbəbləri:
Bu xəstəlik mütləq hər hansı xəstəlik və xarici faktorun təsirindən yaranır.
-Qadınlarda ağır yük qaldırma, ağır iş, çoxsaylı hamiləlik, doğuş
-İdmançılarda və ağır işdə çalışanlarda zərbə, travma, yıxılma bağları zəiflədir
-Çəkinin qəfil itməsi, 200 kiloqramlıq, artıq piyli, çəkili insanın birdən birə çox arıqlaması böyrəklərin bağlarını boşaldır, onları saxlayan piy təbəqəsi itir
-Vibrasiya ilə əlaqəli iş, peşə - vertalyot, təyyarə və s
-Anadangəlmə anatomik çatışmazlıqlar
Əlamətləri:
- Böyrək öz yerini nə qədər çox sm dəyişsə, bir o qədər qabırğalara doğru keçir və diskomfort yaradır.
- Xəstə sidiyin rənginin dəyişməsindən və intensiv ağrılardan şikayətlənir.
- Çox zaman ağrı bel, qasıq və çanaq nahiyəsinə vurur.
- Damarların daralması nəticəsində fiziolioji maye durğunluğu yaranır, damarların deformasiyası nəticəsində sidikdə qan izləri görülə bilər
- Simptomlar həzm sistemi ilə qarışır, qəbizlik və ya ishal olur, ürəkbulanma artır.
- Böyrəklər yaxşı süzmədiyindən, toksinlər yığılır, orqanizmdə intoksikasiya gedir. Və bundan sonra bədəndə hərarət yüksəlir, gecələr titrətmə, halsızlıq baş verir.
Müayinə
Uroloq, nefroloq tərəfindən sidiyin analizi, qan analizi, USM, uroqrafiya, lazım gələrsə KT təyin olunur. USM və ya KT zamanı orqanların sallanması, yerdəyişməsi rahatlıqla görünür.
Müalicə
Erkən, birinci mərhələdə dərman müalicəsi ilə effekt alınır.
Xüsusi korset, bondaj taxılır, fizioterapiya, idman təyin edilir.
Daha ağır mərhələlərdə artıq cərrahi əməliyyat lazım gəlir. Orqan anamotik yuvasına qaytarılır, bağlar bərkidilir.
Hamı sual verir.Bəs cavablar?
Hekim mene boyrek salamsi deyibler kokel deyiler neceedim
Mede boyrek sallanmasi ucun hekimler kokelmeyi meslehet gorur ama kokele bilmirem nece edek bes..
Burda suallara zəhmət olmasa cavab yazardiz .Bizədə yəni mənə yaxsi bir həkim lazimdi Burda hecnə gormədim
Salam doqdur menim 23 yawim var 40 klo cekim var tek boyrekliyem uziye dusdum dedi cox az sallanma var 5klo kokelsem sallanma duzeler dediler bu duzdurmu
Salam doqtur məndə mədə birde böyrək sallanması var özümü çox halsız hiss edirəm hər gün ürəyim pis olur 24 yaşım var cavanliqim gedir əldən necə edim ki böyrək mədə yerinə düşsün ev şəraitində müalicəsi var?