Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nefroloq həkim Yeni klinikaya direktor təyin edildi

  • 2023.07.14 17:51
  • 1698 Baxış
Nefroloq həkim Yeni klinikaya direktor    təyin edildi


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Yeni Klinikaya direktor təyin edilib.


"Medicina" xəbər verir ki, xəstəxananın direktoru vəzifəsi Barat Yusubova həvalə olunub.

Barat Yusubov 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb, 2001-2002-ci illərdə M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində Nefrologiya ixtisası üzrə internatura təhsili alıb. 2004-2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Nefrologiya şöbəsində, 2005-2009-cu illərdə M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində həkim-nefroloq olaraq fəaliyyət göstərib.

2009-2012-ci illərdə Avrasiya Klinikasının baş həkimi, 2012-2015-ci illərdə “Medistyle Hospital”ın baş həkimi kimi çalışıb.