Ağciyərlərin Xroniki Obstruktiv Xəstəliyi – qısaca AXOX Azərbaycanda geniş yayılmış bir xəstəlikdir.
Əslində dünyada bir xeyli insan bu xəstəlikdən ölür. Amma nə qədər xroniki olsa da qarşısı alına bilən və müalicəyə tabe olan xəstəlikdir.
-Tez-tez, davamlı, quru və ya bəlğəmli öskürək
-Təngnəfəslik, sinədə xışıltı, sanki hava çatışmamazlığı
-İdman, gəzinti və fiziki iş zamanı çətinlik
-İstənilən qrip virusunun sonda ağciyərlərdə kəskinləşməsi
Əgər bu əlamətlərdən ən azı 3-ü sizdə varsa, o zaman pulmonoloq terapevt qəbuluna bacardıqca tez düşməyiniz lazımdır.
AXOX 2 cür olur:
I – ağciyərlərdə irinli-iltihabi proseslər olur. Xəstədə öskürək, bəlğəm, irinli ifrazat, ödem və göyərmə olur.
II – təngnəfəslik baş verir, nəfəs alıb-vermə çətinləşir, arada boğulma kimi tutmalar olur.
Xəstədə sinə, döş qəfəsi çökəyə düşür.
Yaranma səbəbləri:
-Tütün, siqaret
-Tütün tüstüsünü hər gün ciyərlərə çəkmək- evdə, iş yerində
-Uşaqlıqdan tənəffüs yolları xəstəliklərinə yoluxma və vaxtında tam müalicə olunmamaq
-Qapalı mühitdə çirkli hava ilə nəfəs alma və ya təmiz havada az olmaq
-Çirkli atmosfer
-Tozlu məkanda çox olmaq
-Zərərli iş yeri
Əgər sizdə AXOX diaqnozu qoyulsa, onun kəskinləşməsinin qarşısını almaq üçün nələr etməlisiz:
-Tütün, siqaretdən uzaq durmaq
-İmmuniteti möhkəmləndirmək
-İnqalyatorlardan istifadə etmək
-Qrip və yoluxucu xəstəliklərə qarşı peyvənd etdirmək
-Həkimin dərman müalicəsini tam etmək
-Sanator-kurort müalicəsi almaq
-Qida rejimini dəyişmək
-Təmiz havada olmaq
-Tənəffüs gimnastikası etmək