Çoxları tənəffüs sistemi və ya ürək ilə bağlı problemlər zamanı nəfəs darlığından şikayət edir. Amma nəfəs çatmamasının bir çox səbəbləri var.
“Medicina” xəəbr verir ki, əslində, sadəcə bir mərtəbəyə qalxarkən və ya hər 100 metr sürətli addımda nəfəsiniz kəsilərsə, deməli bunun altında ciddi səbəblər var.
Həkim - kardioloq Anna Koreneviç bildirir ki, təngənəfəsliyin səbəbini öyrənmək üçün hərtərəfli müayinə tələb olunur. Nəfəs darlığı tez-tez hava çatışmazlığı hissi ilə müşayiət olunan tənəffüsün tezliyində, ritmində və dərinliyində dəyişiklikdir.
Həqiqətən, bəzən ciddi və hətta ölümcül xəstəliklər bu simptomun arxasında gizlənə bilər. Ancaq eyni zamanda, səbəblər olduqca sadə ola bilər ki, dərman olmadan belə həll edilir.
1. Ürək çatışmazlığı
Bu, ən təhlükəli səbəbdir, amma xoşbəxtlikdən, ən çox rast gəlinən deyil. Ürək çatışmazlığının inkişafında adətən aşağıdakılar səbəbdir:
• hipertonik xəstəlik;
• ürək qüsurları;
• infarkt;
• kardiyomiyopatiya;
• miokardit.
2. Piylənmə - nəfəs darlığının əsas səbəblərindən biridir. Bu problemi həll etmək üçün əsas müalicə, nəhayət, həyat tərzinizi, qidalanmanızı, fiziki fəaliyyətinizi dəyişməkdir.
3. Anemiya - qanda hemoqlobinin səviyyəsinin azalmasıdır. Və anemiyanın səbəbi ola bilər:
• hər hansı bir qan itkisi;
• xroniki iltihablı proseslər
• xərçəng;
• zəif qidalanma.
4. Qalxanabənzər vəzinin pozğunluqları nəfəs darlığı həm tiroid funksiyasının artması ilə - hipertiroidizm, həm də hormon istehsalının azalması ilə - hipotiroidizm ola bilər.
5. Hərəkətsizlik, oturaq həyat tərzi, idmandan uzaqlaşmaq
Nəfəs darlığının və başgicəllənmənin səbəbini öyrənmək üçün ilk növbədə hərtərəfli müayinədən keçməlisiniz. İkincisi, həkimlərin köməyi ilə bu problemi həll etməyə və eyni zamanda öz üzərinizdə işləməyə başlayın.
Aygün Musayeva
Salam Oğlumun 12 yaşı var bu gecə nəfəs çatışmazlığı yaşadı bu nədən ola bilər?
Qızımın 10 yaşı var 1 həftə olar əsasən gecəler nəfəs darlığı yaşayir deyir nəsimi axira kimi ala bilmirəm
biraz suretle yol gelen kimi boquluram ureyim yerinen cixacaq sanki
Sahil