Əgər bir insan ayaq üstündə, sakit halda tənəffüsdə problem, ağır nəfəsalma hiss edirsə, bu nəfəs daralmasıdır.
“Medicina” xəbər verir ki, kardioloq German Qandelmanın sözlərinə görə, pilləkənlərə qalxarkən, nəfəs darlığı özünü göstərirsə, o zaman ürək çatışmazlığının inkişaf riski var.
Bu nəfəs darlığı ürək çatışmazlığının əlaməti olan kardiyak dispnoe adlanır. Yatan zaman təngnəfəslik pisləşdikdə, buna ürək astması və ya ağciyərlərdə tıxanma deyilir.
“İnsan nəfəs darlığı ilə yanaşı, saç tökülməsi, yorğunluq və solğunluq kimi əlamətlərdən də şikayət edə bilər. Bu simptomlar dəmir çatışmazlığı anemiyasını göstərir.
Pnevmoniya zamanı ağciyərlərin bir hissəsi normal fəaliyyətini dayandırır və orqanın iş sahəsi həddindən artıq yüklənir. Nəticədə insan nəfəs darlığı hiss edir.
Bu vəziyyətdə mütəxəssis müalicəni təyin etməlidir, çünki antibiotiklər lazım olacaq.
Ürək tutması ölümlə nəticələnə bilən təhlükəli bir vəziyyətdir. Ancaq belə bir vəziyyəti əvvəlcədən tanıya və ciddi problemlərin qarşısını ala biləcəyiniz əlamətləri bilmək lazımdır”.
Günay Quluzadə
Nəfəs darlıgı saç tökülməsi tez tez baş verir və tökülən saç yerindən saç bitmir