Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nəfəs alan zaman ağrı bu xərçəngin əlaməti ola bilər

  • 2023.03.02 19:47
  • 2456 Baxış
Nəfəs alan zaman ağrı bu xərçəngin əlaməti ola bilər

Nəfəs almada ağrı, davamlı öskürək, nəfəs darlığı, artan yorğunluq və digər hallar ağciyər xərçənginin əlamətlərindən hesab edilə bilər.


“Medicina” xəbər verir ki, xərçəng tədqiqat təşkilatı Cancer Research UK görə, ağciyər xərçəngi ən aşağı sağqalma faizi olan ölümcül xəstəliklərindən biridir. Əgər simptomlar kifayət qədər tez aşkar edilərsə, 79 % qarşısını almaq olar.
Ağciyər xərçənginin mümkün simptomplarından biri nəfəs alarkən və ya öskürərkən hiss edilən ağrılar ola bilər.
Digər simptomlar sağalmayan öskürəyin 2 və ya 3 həftə davam etməsidir.


Ola bilər ki, öskürək uzun zaman çəkə, lakin get – gedə daha da ağırlaşa bilər. Öskürək bitə bilər, amma yenidən qayıda bilər. Digəri isə daimi yorğunluq və enerji çatışmamazlığıdır. İştahsızlıq və səbəbsiz kilo itkisi də simptomlardan hesab edilə bilər.


Həkimlər qeyd edir ki, siqaret xəstəliyin inkşafını sürətləndirə bilər. Çünki tütünün tərkibində insan orqanizmi üçün kanserogen maddə olan 60 –dan çox zəhərli maddələr var.

Günay