Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nəcisin rənginin dəyişməsi xərçəngi - göstərə bilər

  • 2022.10.13 15:00
  • 14636 Baxış
Nəcisin rənginin dəyişməsi xərçəngi    - göstərə bilər

Axolik nəcis mədəaltı vəzin ilkin simtptomu ola bilər.

"Medicina" xəbər verir ki, onkoloq Andrey Vorobyev həzm sistemində baş verən dəyişikliklərə diqqət yetirməyə çağırıb.


"Məcisin forması və rənginin dəyişməsi mədəaltı vəz və mədə-bağırsaq xərçənginin birinci əlamətidir. Axolik nəcis yəni orda ödə məxsus yaşıl tünd piqment olmur, nəcis ağ, sarı gil rəngində olur.

Belə rəngsiz nəcis obstruktiv sarılığın əlaməti ola bilər. Bu, mədəaltı vəzin başında şiş əmələ gəlib, öd kisəsinə təzyiq edəndə yaranır.

Bununla da ödün bağırsağa tökülməsinin qarşısını alır.
Bu əlanmətlə yanaşı xəstədə tünd sidik, saralmış göz içi, dəri qaşıntısı olur.

Mədəaltı vəzidə şiş böyüdükcə, pankreatik fermentlərin sekresiyası pozulur, nəcis yağlı, yapışqan, pis qoxulu olur, tualetdə çətin yuyulur".


Aygün Musayeva