Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nəcisdə görünən 3 sağlamlıq problemi

  • 2023.05.26 14:57
  • 3296 Baxış
Nəcisdə görünən 3 sağlamlıq problemi
Nəcisin rəngi sağlamlığınız barədə 3 faktı aşkar edə bilər. Sadəcə, bəzi məqamlara diqqət yetirmək lazımdır.


“Medicina” xəbər verir ki, həkim – qastroenteroloq Aleksandra Alisovanın sözlərinə görə, bağırsaqda immunitet sistemini, dərini, ağciyərləri, sidik yollarını və hətta beyni dəstəkləmək də daxil olmaqla, sağlamlığımızda əsas rol oynayan trilyonlarla bakteriya və digər mikroorqanizmlər (bağırsaq mikrobiotası kimi tanınır) var.


“Gündə üç dəfədən həftədə üç dəfəyə qədər bağırsaq hərəkəti normal hesab edilsə də, gündə ən azı bir dəfə tualetə getmək sağlamlığımız üçün faydalı ola bilər. Çünki bu tullantıları çıxarmağa imkan verən əsas detoksikasiya üsuludur. Bağırsaq həzm olunmamış lif, toksinlər, ölü hüceyrələr və bakteriyalar kimi tullantı məhsullar ifraz edir.

Tualetdə defekasiyadan sonra əsas bunlara diqqət yetirin:

Üzən nəcis. Həddindən artıq qaz istehsalı. Kolonda çoxlu sayda potensial zərərli bakteriya varsa, faydalı metabolitlər istehsal etmək əvəzinə, əlavə qazlar və toksinlər hasil edəcək.

Qeyri – adi rəngli nəcis. Nəcis adətən, bilirubin adlı piqment səbəbiylə qəhvəyi rəngdə olmalıdır. Bəzən nəcisimiz normadan rənglə fərqlənə bilər. Bu, çoxlu yaşıl yarpaqlı tərəvəzlər, çuğundur və ya qida boyası, dəmir əlavələri, yediklərimizlə əlaqədar ola bilər. Amma nəcisin ağ, gil rəngli olması halında həkimə getmək lazımdır.

Yağlı nəcis. Kəskin patogen infeksiyalar (məsələn, bakteriyalar, parazitlər və ya viruslar), iltihablı bağırsaq sindromu və ya laktoza dözümsüzlüyü kimi xroniki vəziyyətlər səbəb ola bilər. Antibiotiklərin və ya digər dərmanların qəbulunun təsiri, spirt və ya kofein qəbulu ilə də əlaqəlidir. Amma həddən artıq yağlı nəcis də müayinəyə səbəbdir.

Günay Quluzadə