Elm adamları, insanların tullantılarından faydalı məhsullar əldə etməyin yollarını axtarırlar. Nəcisi inşaat istehsalında istifadə etməkdən tutmuş, saça qədər bir çox şeyi təkrar emal etməyi bacarıblar.
Medicina.az primetime.az-a istinadən xəbər verir ki, onlar bəzi vasitələrin təkrar emalını gələcəkdə daha da inkişaf etdirərək istehsal etməyi və geniş şəkildə satışını həyata keçirməyi nəzərdə tuturlar.
Bunlar nələrdir?
1. Sperma - kosmetik anlamda ən əlverişli vasitələrdən biri hesab olunur. Əvvəllər bunu zarafat mövzusu etsələr də, mütəxəssislər tərəfindən bunun həqiqətən belə olduğu sübut edilib. Kosmetik və gigiyenik vasitələr istehsal edən firmalar artıq öz məhsullarında spermadan istifadə edirlər. Spermadan hazırlanan kremlərin, tərkibində E vitamini olan kremlərdən 30 dəfə çox təsirə malik olduğu deyilir. Hətta günəşin yanıqlarını belə aradan götürəcək təsirə malikdir.
2. Saç və tük - un məmulatlarında istifadə oluna bilər. Qadınların saçları, eləcə də kişilərin vücudunda olan tüklər xəmir məmulatlarında istifadə olunan L - Cysteine maddəsinin əsas mənbəyidir. Bu maddə pizzanızı və digər un məmulatlarını daha elastik edir. Çinli mütəxəssislər bərbərlərdən aldıqları saçları soya souslarında belə istifadə etdiklərini açıqlayıblar. Həmçinin saçdan dənizə axıdılan nefti təmizləmək üçün istifadə edilir. Bunu ilk dəfə 1989-cu ildə amerikalı bir bərbər kəşf edib. Belə ki, o, xəbərlərdə dənizdə neft axını səbəbilə ölən canlıları görür və bunun qarşısını almaq üçün ağlına belə bir fikir gəlir: "əgər saçlar yağları, kremləri canına çəkirsə, deməli, nefti də özünə çəkə bilər". Beləliklə, bunu sınaqdan keçirir. Nəticə olaraq saçdan düzəldilən həsirlər hazırda neftin təmizlənməsi üçün istifadə olunur.
3. Sidik - dərman vasitələrinin istehsalında istifadə oluna bilər. Alimlər sidiyin insan həyatını xilas edəcək qədər əhəmiyyətli olduğunu bildiriblər. Qanaxmanı saxlaya, ürək xəstəliklərini tamamilə sağalda bilir. Ancaq infarkt keçirən birinin üstünə sidiyinizi tökməyə cəhd göstərməyin. Çünki onların dərman kimi istifadə olunması bir neçə mərhələdən keçdikdən sonra mümkündür. 4. Nəcis - inşaatda istifadəsi nəzərdə tutulur. Yaponlar təbii vasitələrin tükənməkdə olduğunu görüb yeni vasitələr tapmağa başlayıblar. Demək olar ki, artıq kərpiclərin istehsalında nəcislərdən istifadə edirlər. Belə kərpicləri istehsal edən bir neçə firma da var. Həmin firmaların bəziləri kərpicləri tamamilə nəcisdən istehsal edirlər, digərləri başqa vasitələrdən də istifadə edir. Kərpiclərə forma verdikdən sonra yüksək tempraturlu sobalarda saxlanılır. Daha sonra inşaatda istifadə olunur. 5. Sünnət dərisi - üz qırışları və ləkələrin müalicəsi üçün istifadəsi nəzərdə tutulub. "İntercytex" adlı firma sünnət dərisindən "Vavelta" adlı dərman belə istehsal edib. Bu dərman insan dərisindəki qırışları, çapıxları və ləkələri aradan qaldırmağa kömək edir. Dərmanın kapsulunun qiyməti 1000 dollar civarındadır.