Pəhriz və qida yuxu xüsusiyyətlərinə təsir edir.
“Medicina” xəbər verir ki, İsveçin Uppsala Universitetinin tədqiqatçıları sağlam və qeyri-sağlam qidalanmanın yuxu xüsusiyyətlərinə fərqli təsir göstərdiyini müəyyən ediblər.
Yüksək yağlı, yüksək şəkərli bir pəhrizin delta aktivliyini azaltdığı, lakin dərin yuxu zamanı alfa və tetanı artırdığı aşkar edilib.
Qısa müddətli qeyri-sağlam pəhriz i yuxunun bərpaedici xüsusiyyətlərini dəyişdirir.
Bununla belə, alimlər bu cür dəyişikliklərin sağlamlığa mənfi təsir göstərə biləcəyi sualına dəqiq cavab tapmayıblar.
Təcrübədə 15 sağlam kişi iştirak edib. Onlar gündə 7-9 saat yatıb. Alimlər həmçinin yuxuda olan iştirakçılardan beyin EEQ məlumatlarını toplayıblar.
Günay Quluzadə