Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Necə oldu ki, Azərbaycanda koronavirusa yoluxma azaldı? - Həkim AÇIQLADI

  • 2021.06.14 17:15
  • 3458 Baxış
Necə oldu ki, Azərbaycanda koronavirusa yoluxma azaldı?   - Həkim AÇIQLADI

“Azərbaycanda son bir neçə günün koronavirusa yoluxma statistikasında COVID-19-dan ölənlərlə bağlı rəqəm sıfırdır. Bu da bir neçə səbəblə bağlıdır”.

Medicina.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, ürək-damar cərrahı Rəşad Mahmudov deyib.

R.Mahmudov gündəlik ölüm sayının azalmasını və bəzi günlər qeydə alınmamasını ölkədə pandemiya ilə əlaqəli aparılan mübarəzinin effektliyi və əhalinin vaksinasiyası, regionda və dünyada virusun yayılmasının sönməsi ilə əlaqələndirib.


Həkimin sözlərinə görə, cəmiyyət bugünkü azalma göstəricisi əsasında qarşısına hədəf qoymalıdır ki, gələcəkdə, xüsusilə də payız mövsümündə yeni dalğa qarşısında daha təhlükəsiz və effektiv mübarizə aparmaq üçün peyvəndləmənin 60 faizinə nail olunsun:

“Ümid edirəm ki, ölkədə peyvəndə qarşı olan münasibət və dövlətin bu məsələnin həllində ortaya qoyduğu səylər birləşərək payız aylarına vaksinləşmiş insanların çoxluğu ilə qədəm qoya bilərik. Bununla da gələcəkdə ölkədaxili və xarici səyahətlər, sosial-mədəni həyat, iqtisadi fəallığın saxlanılmasında vacib rol oynamış olacağıq”.

Qeyd edək ki, ötən gün Azərbaycanda koronavirusdan ölən olmayıb.

Xatırladaq ki, bu günə qədər ölkədə 335 171 nəfərə virusa yoluxub. Onlardan 328 580 nəfəri artıq sağalıb. Ümumi yoluxanlardan 4 953 nəfər dünyasını dəyişib. Hazırda 1 638 aktiv koronavirus xəstəsi var.