Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Neçə gündür özümüzü niyə pis edirik? - Maqnit qasırğalarının təsiri

  • 2023.09.21 16:01
  • 2037 Baxış
Neçə gündür özümüzü niyə pis edirik?   - Maqnit qasırğalarının təsiri
2 gündür davam edən və güclənən maqnit qasırğaları çox insanın özünü narahat hiss etməsinə səbəb olub.

Niyə bəzi günlər, həftələr özümüzü yaxşı hiss edirik, bəzi günlər yox?

"Medicina" xəbər verir ki, kardioloq Andrey Kondraxin maqnit fırtınalarının ürəyə, bədənə təsirini açıqlayıb.


"Bəzi insanlar maqnit təsirini hiss etmir, bəziləri isə həmin gün 180 dərəcə dəyişir.

Maqnit sahəsi adaptasiya sistemini aktivləşdirdiyi üçün yorğunluq və zəiflik yaradır. Xroniki xəstəliklər varsa- diabet, ürək xəstəliyi, onkoloji, revmatoloji, həzm sistemi kəskinləşir.

Bədən elektromaqnit pozğunluqlarından təsirlənir. Bu qədər təsirlə eyni vaxtda məşğul olmaq çətinləşir.

Hətta maqnit qasırğaları zamanı qan qatılaşır. Meteohəssas insanların bu müddətdə qan təzyiqinə nəzarət etmək üçün tonometri hazır saxlaması məsləhətdir.

Bu günlərdə yüngül qidalanmalı, yaxşı yatmalı və əsəbləri sakit saxlamalısız.

Aygün Musayeva