Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Necə bilmək olar ki, artıq prediabetsiz?

  • 2023.04.25 17:13
  • 1113 Baxış
Necə bilmək olar ki, artıq prediabetsiz?
Prediabet təhlükəlidir, çünki diabetə çevrilə bilər. O, həm də qan damarlarının aterosklerozunun inkişafına təsir göstərir.


“Medicina” xəbər verir ki, prediabeti zamanında aşkarlayıb, önləyici tədbirlər görmək lazımdır.


Həkim Aleksandr Myasnikovun sözlərinə görə, bir insanın şəkərli diabetdən əvvəl bədəndə şəkərin səviyyəsinin yüksəlməsi prediabet deməkdir. Lakin hələ diabet üçün xarakterik olan digər pozulmalara çatmayıb.


Mövcud prediabetin necə təyin olunacağından danışarkən, bəzi xarici əlamətlərə əsaslanaraq bunu diaqnoz etmək çətindir.

Demək olar, diabetlə eyni simptomlarla xarakterizə olunur: tez-tez sidiyə getmə və quru ağız, iştahın artması, yorğunluq, bulanıq görmə. Ancaq bu təzahürləri adi həyatda patoloji bir şey kimi görmək çətindir, belə simptomlar çox vaxt adi,görünür.

Mövcud problemi aşkar etməyin ən təsirli yolu qanda şəkərin miqdarını yoxlamaqdır.

Prediabeti nəzarətdə saxlamaq mümkündür. Bunun üçün pəhriz saxlanılır, şəkər qaldıran qidaları çıxarılır, fiziki aktivlik, arıqlamaq kimi tədbirllər görülür.

Aynurə Məmmədova