Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Bitki çayları orqanlarınızı məhv edir“Nə ziyanı ola bilər ki?” deməyin!

  • 2018.11.16 11:08
  • 25165 Baxış
 - Bitki çayları orqanlarınızı məhv edir “Nə ziyanı ola bilər ki?” deməyin!
Bitki çayları həqiqətən də bir çox müalicəvi xüsusiyyətlərə malik olan, amma bununla yanaşı bir sıra əlavə təsirləri də müşahidə edilən içkilərdir. Ona görə də bu içkilər hamı üçün eyni dərəcədə yararlı sayıla bilməz. 


Otlar vasitəsilə müalicə elmə hələ qədimdən məlumdur. Amma bu işlə kortəbii olaraq məşğul olmaq sağlamlığa ciddi zərər vura bilər. Çünki faydalı bilib hər gün içdiyiniz bitki çayı başqa tərəfdən sizə ziyan olacaq. Buna görə də ilk əvvəl araşdırmaq məsləhətdir. 


Medicina.az sizə bitki çaylarının hansı hallarda qəbul edilməsinın ziyanlı ola biləcəyini açıqlayır:


Dazı otu – Baxmayaraq ki, dazı otu dərman tərkibə malikdir, onu kontrolsuz içmək qətiyyən olmaz. Soyuqdəymə zamanı iltihabəleyhinə və mikrobəleyhinə istifadə etmək olar. Uzun müddətli qəbulu zamanı isə allergik reaksiyaya və dəridə qızartılara səbəb olur. Güclü ödqovucu xüsusiyyəti sayəsində isə öd daşı olan insanlarda bir sıra fəsadlara yol aça bilər. Dazotu həmçinin qan təzyiqini artırır. Kişilər bu bitkinin dəmləməsini içən zaman müvəqqəti cinsi disfunksiya ilə üzləşə bilərlər. 

 

Картинки по запросу Dazı otu


Nanə - Bir sıra xeyirli xüsusiyyətlərə malik çox ləzzətli içkidir. Nanə çayı sakitləşdiricidir, iltihabı, ağrını aradan qaldırır. Bütün bunlarla yanaşı nanə mədə yanmasına da səbəb ola bilər. Bitki uşaqlığın yığılmasına səbəb olur ki, bu da mayalanma prosesinin qarşısını alır. Nanə çayı qan təzyiqini normallaşdırmır, aşağı salır buna görə də aşağı təzyiqli insanlar üçün çox təhlükəlidir.  

 

 ÐšÐ°Ñ€Ñ‚инки по запросу Nanə


Solmazçiçəyi – Ödqovucu və sidikqovucu təsirə malikdir.  Qaraciyər xəstəlikləri, az turşuluqlu qastrit və ateroskleroz zamanı faydalıdır. Uzun müddətli istifadəsi zamanı qaraciyərdə toksik maddələrin toplanmasına səbəb olur. Həmçinin də solmazçiçəyini öd kisəsində daş olan insanlar qəbul etməməlidirlər. Bu daşların öd yollarına düşməsinə səbəb ola bilər. 


Похожее изображение