Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nə zeytun, nə də günəbaxan yağı - Qızartmaq üçün hansı yağ məsləhətdir?

  • 2025.02.19 15:08
  • 549 Baxış
Nə zeytun, nə də günəbaxan yağı -  Qızartmaq üçün hansı yağ məsləhətdir?

Araşdırmalar nəticəsində qızartmaq üçün ən ideal yağın hansı olduğu ortaya çıxıb.


Medicina.az xəbər verir ki, xörəklərin dadında önəmli olan yağ seçimi qızartmada da çox önəmlidir. İnsanların çoxu mətbəxlərində günəbaxan yağı və zeytun yağından tez-tez istifadə etsə də, bazarda çoxlu bitki yağları var.

Araşdırma nəticəsində 6 məşhur aşpaz qızardarkən üstünlük verilməsi lazım olan yağla bağlı ortaq nöqtəyə gəlib.

Aşpazlar qızartmaq üçün ən uyğun yağ kimi avokado yağını göstəriblər. Avokado yağının ideal temperatura xarab olmadan dözə bilməsi, dadı və teksturası həm sağlamlıq, həm də praktiklik baxımından qızartmaq üçün ən uyğun yağ seçilib.



Aşpaz Sezar Zapata, avokado yağının qızartmaq üçün əla seçim olduğunu ifadə edib:

"Yanmadan qızardır. Avokado yağı, qızartmaq üçün ideal temperatur olan 260°C-270°C arasında sabit qala bilir", deyib.

O, qızardarkən günəbaxan yağı yerinə avokado yağından istifadə etməyi təklif edib.

Aygün
Medicina.az