Qanda şəkərin miqdarının artması təkcə diabet xəstələrində olmur. Hələ xəstə olmayan insanlarda da çox zaman bu artım olur. Şəkərin artması artıq təhlükəli məqama siqnaldır. Bu zaman təcili qidalanmaya nəzarət etmək lazımdır.
Medicina.az qanda şəkəri aşağı salan ərzaqları təqdim edir:
Avokado
diabetə qarşı dayanıqlığı artırır. Avokado yedikdən sonra qanda qlükozanın səviyyəsi uzun müddət sabit qalır, insan aclıq da hiss etmir.
Qara gavalı – digər quru meyvələr şəkəri artırsa da, qara gavalı əksinə salır və diabet xəstələri üçün əla quru meyvədir.
Acı bibər – metobolizmi aktivləşdirir, şəkəri salır, piylənməyə qarşıdır.
Sitrus meyvələri
Diabet xəstələri sidiyə çox getdikləri üçün onlarda C vitamini əskikliyi çoxalır. Ona görə sitrus meyvələri qanda şəkəri də salır, vitamin əskikliyini də aradan qaldırır.
Yaşıl çay
Bu çayda olan flavonoidlər iltihaba qarşı təsir göstərir. Metobolizmi artırır, bununla da qlükoza tez parçalanıb qandan çıxır.
Şokolad
Elmi işlər sübut edib ki, qara şokolad insulinə həssaslığı artırır, bu da diabetin profilaktikası üçün vacibdir. Şokolad damarların keçiriciliyini də yaxşılaşdırır, təzyiqi normallaşdırır.
Mal əti
Bu ətdə olan linol turşusu qanda şəkəri normallaşdırır, xərçəng əleyhinə effekt verir. Gündə 120 qr mal əti yemək olar.
Sarımsaq
Sarımsaq mədə-bağırsaq xorası olanlara olmaz. Amma diabet xəstələri sarımsaqla bağlı nə resept varsa hamısını etsələr yaxşıdır. Günə 2-3 diş sarımsaq qanda şəkəri salır