Alimlər orqanizmin günün hansı vaxtında maksimum yağ yandırdığını araşdırıblar.
Medicina.az xəbər verir ki, araşdırma zamanı məlum olub ki, orqanizm yuxu zamanı səhərlərə nisbətən 10% daha çox enerji sərf edir.
Əldə edilən bu nəticə sirkad ritmlərin (həyat ritmi) maddələr mübadiləsinə təsirinin nə qədər əhəmiyyətli olmasından xəbər verir. Məhz buna görə də yuxu və qidalanma rejiminin pozulmasının hansı səbəbdən çəki artımına yol açdığı da məlum olur.
Layihənin rəhbəri olan Harvard universitetinin həkimləri bildiriblər ki, araşdırmada iştirak edən ailələr laboratoriya şəraitində saxlanılıblar. Onlar heç bir pəhriz və idman hərəkətləri etmədən günün hansı saatı olmasından xəbərsiz yaşayıblar. Təcrübə keçirilən məkanda saat, internet, telefon və pəncərə olmayıb. İştirakçılar onlara deyildikdə günün müəyyən vaxtında yatmalı və oyanmalı idilər. Hər gün bu müddət 4 saat geriyə doğru çəkilir ki, bu da 4 saat qurğaşı fərqi olan qərb ölkəsinə səhayətə ekvivalent nəticə verirdi.
Nəticədə müəyyən edilib ki, orqanizmin ən az enerji sərfi bioloji gecə saatlarında, ən yüksək enerji sərfi isə axşam saatlarında baş verir.
Həkimlər bildirirlər: "bizim nə yediyimiz deyil, nə zaman yediyimiz və istirahət etdiyimiz daha önəmlidir. Bütün bunlar bizim orqanizmdə nə miqdarda enerjinin istifadə olunduğu və saxlanmasına təsir edir. Mütəmadi yuxu və qidalanma sağlamlıq üçün çox vacib şərtdir."