Ağlamaq, qeyri-iradi göz yaşları stress, gərginlik, qorxu, eləcə də qəfil sevinc, həyəcan zamanı bədənin və beynin gərginliyini atmağa kömək edir.
"Medicina" xəbər verir ki, alimlərin araşdırmasına görə, ağlama fizioloji gərginliyin pik zirvəsidir. İnsanı həyəcanlı vəziyyətdən adekvat hala daha tez qaytarır.
Amma hər kiçik söhbətdə, münasibətlərdə problemdə, iş yerində ağlamaq, eləcə günboyu olanları fikirləşib ağlamaq yanlış yerdə, vaxtda ağlamaq deməkdir. Bu orqanizmə zərərlidir. Əksinə xroniki xəstəliklər, depressiya, baş ağrılarına səbəb olur.
Sevinc göz yaşları zərərli bakteriya və virusları öldürmə qabiliyyətinə malikdir.
Eyni təsir kişilərə də aiddir. Amma testosteronu yüksək olan kişilər ağlaya bilmir.
Aygün Musayeva