Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nə üçün uşaqlar yatarkən üstlərini tez-tez açır? - Anaların NƏZƏRİNƏ!

  • 2020.02.08 13:53
  • 8007 Baxış
Nə üçün uşaqlar yatarkən üstlərini tez-tez açır? -  Anaların NƏZƏRİNƏ!
Üşüməsin deyə uşağın üstünü çoxlu örtmək ona rahatlıqdan çox narahat boğucu hiss gətirir.

Medicina.az xəbər verir ki, bunu Uşaq Sağlığı və xəstəlikləri uzmanı Hülya Çarman bildirib. Onun sözlərinə görə, uşağın üstü açılıb deyə analar narahat olmasın. əvəzində körpənin həddən artıq tərləməsi və çox qalın örtüyə görə öskürəyinə fikir versələr daha yaxşı olar. Əgər uşaq üstünü tez-tez açırsa deməli, həddən artıq örtmüsünüz.


Həkim bildirib ki, körpələr yetişkin insanlara nisbətən gecələr daha az üşümə hissinə malikdir.
Yorğan üstündən adyal atmağın uşağa heç bir faydası yoxdur. Əksinə bu onun orqanizminin havaya qarşı dayanıqlılığını azaldacaq.

Körpələr üçün ideal otaq temperaturu 20-24 dərəcə arasında dəyişir. Yeni doğulan uşaqlar üçün 22-24 dərəcə, 6 aydan böyük uşaqlar üçün isə 20-21 dərəcə səviyyəsi normaldır.


Doktor qışda digər fəsillərə nisbətən uşaqların immunitet sisteminin daha həssas olduğunu bildirib. Buna görə onların qidalanmasına,vitamin və minerallarla zəngin meyvə-tərəvəz yeməsinə, düzgün yuxu rejiminə diqqət edilməlidir.