Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nə üçün korona testləri fərqli nəticələr göstərir? - TƏBİB-dən AÇIQLAMA

  • 2021.09.13 15:20
  • 1935 Baxış
Nə üçün korona testləri fərqli nəticələr göstərir? -  TƏBİB-dən AÇIQLAMA
"Koronavirus testinin pozitiv nəticəsinin sonrakı gündə neqativ çıxması halları ilə bütün dünyada qarşılaşmaq mümkündür".

Medicina.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış deyib.


O bildirib ki, bunun əsas səbəblərdən biri xəstəliyin bəzi mərhələlərində prosesin artıq yuxarı tənəffüs yollarından silinib aşağı tənəffüs yollarına keçməsi ilə bağlı ola bilər:

"Digər səbəb materialı götürən şəxsin prosesi qaydalara uyğun icra edib-etməməsi ilə bağlıdır. Yaxma daha dərindən, udlaqdan götürülməlidir. Nazirlər Kabinetinin sərəncamına əsasən, 7 gündən sonra 24 saat fasilə ilə götürülən testin cavabı 2 dəfə neqativ çıxarsa, sonuncu cavab əsas götürülür".