Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nə qədər yaşayacağınız yeriş sürətinizdən bilinir - Alimlər sübut etdi

  • 2018.11.15 16:59
  • 14685 Baxış
Nə qədər yaşayacağınız yeriş sürətinizdən bilinir -  Alimlər sübut etdi
Amerikalı alimlər yeni araşdırmaları ilə insanın nə qədər ömür sürməsini təyin edəcək yeni kriteriya tapıblar. İnsanın gəzərkən sürət indikatoru onun həyatına təsir edir.


Medicina.az xəbər verir ki, Kaliforniya Universitetinin araşdırmaçısı Kristina Deyli bildirir ki, həqiqətən insanın yerişi, sürəti onun ölümünü öncədən proqnozlaşdırmağa xeyli əsas verir. 


Eksperimentlərimiz göstərir ki, insan nə qədər sürətli, tez gəzirsə, yeriyirsə, onun sağlamlıq göstəricisi və ürək-qan damar sistemi bir o qədər yaxşıdır. Amerikalı kardiocərrahlar da sübut edib ki, yeriş tərzi və sürəti göstəricisi pasiyentlərin ürək-damar və koqnitiv pozğunluqlarını təxmin etməyə kömək edir. 

Amma hələ ki, həkimlər bu indikatoru əsas götürmür, lakin bir çox araşdırmaçı və kardioloqlar tətbiq etməyə başlayıb. 


Bundan əlavə, alimlər yerişin sürəti ilə insanın bioloji yaşını da təyin olunduğunu qeyd edir.


Amma bu o demək deyil ki, insan çox yaşamaq üçün yerişini dəyişib, tez-tez gəzməyə başlamalıdır. Yeriş tempini süni qaldırmaq sağlamlıq və ömrə təsir etmir. 


Eləcə də sürətli gəzən insanlar yerişinə diqqət etməlidir. Əgər artıq yerişiniz ləngləşibsə, əvvəlki kimi deyilsə, bu artıq ürək-damar sistemindən şübhələnməyə əsas verir.