Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nə qədər su lazım olduğunu sidiyiniz göstərəcək

  • 2023.08.07 17:33
  • 1034 Baxış
Nə qədər su lazım olduğunu sidiyiniz göstərəcək

Sidiyin çox tünd sarı, narıncı rəng alması o deməkdir ki, insan çox az su içir.


“Medicina” xəbər verir ki, həkim Albina Komissarovanın fikrincə, insanın normada nə qədər su içməli olması barədə konkret elmi tövsiyə yoxdur. Sadəcə orqanizmin gündəlik maye tələbatının 2 litr maye olduğu bildirilir. Bu o demək deyil ki, adam gün ərzində bu qədər təmiz su içməklə məşğul olmalıdır.


Hər orqanizmin maye tələbatı fərqlidir, elə xroniki xəstələr var ki, onlara cəmi 2 stəkan su bəsdir.
Amma az su içdiyinizi sidiyə baxıb müəyyən edə bilərsiz.

“Susadığınız zaman mütləq su içməlisiz. Əgər sidiyiniz çox tünd sarıdırsa, deməli su az içirsiz və böyrəklər əziyyət çəkir.



Bu zaman sutkalıq suyu 2-3 stəkana çatdıra bilərsiz.

Eləcə də səhər acqarına isti su içməyin ödü, qaraciyəri aktivləşdirməsi barədə fikirləri səhv hesab edirik, eləcə də limonlu suyun faydaları uydurmadır”.

Aygün Musayeva