Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nə qədər ki, başınızda damarlar partlamayıb, təzyiq probleminizi həll edin - Türkiyəli professordan vacib xəbərdarlıq

  • 2018.08.03 14:44
  • 13461 Baxış
Nə qədər ki, başınızda damarlar partlamayıb, təzyiq probleminizi həll edin -   Türkiyəli professordan vacib xəbərdarlıq

Hələ ki, dünyada insanların ölümünə səbəb olan xəstəliklərin siyahısında birinci yeri infakrt və insult tutur. Belə deyək, 10 nəfərdən 6-sı ürək və ya beyin qan dövranı pozulmasından dünyasını dəyişir. " Sakit, lal qatil” adlandırılan hipertoniyanın səbəb olduğu təzyiq sıçrayışları ürək və beyin damarlarını yükləyir.

Medicina.az Türkiyənin tanınmış kardioloqu, professor Zafer Gülbaş təzyiq sıçrayışlarından necə qorunmaq barədə fikirlərini təqdim edir:

" Təzyiq sıçrayışları təkcə yaşlı insanlarda olmur. Hipertoniya xəstələrinin əksəriyyəti yuxuda olarkən infarkt və ya insult olur və ölür. Hipertoniklərin 67%-I xəstə olduqlarından xəbərsizdir. Bəzən təzyiq azca yuxarı qalxır və ya uzun müddət aşağı olub xəstəni çaşdırır. 

Kardioloqlar aşağıdakı əlamətlərdən 3-nün bir insanda cəmləşməsini artıq hipertoniya və təztiq sıçraması kimi qəbul edir. 

Siz də Baxın, bu əlamətlərə görə sizdə hipertoniya olduğunu müəyyənləşdirə bilərsiniz:

Baş ağrıları

Sürətli ürək döyünmə

Göz qarşısındakı qara nöqtələr

Apatiya, qıcıqlanma, yuxululuq

Aydın olmayan görmə

Tərləmə

Xroniki yorğunluq

Üzdəki şişkinlik

Barmaqların keyimə və əsməsi

Təzyiq sıçrayışları

Uzun illərin müalicə təcrübəsi göstərmişdir ki, hipertoniya xəstəliyinin müalicəsinə başlamaq üçün ən yaxşı zaman yayın sonu, payızın əvvəlləridir.

Orta temperaturun normada olması sayəsində, maddələr mübadiləsi və qanın damarlarda sirkulyasiyası sürətlənir, preparat istifadəsinin effekti daha da artır. Hipertoniyanın müalicəsi, ilin digər fəsilləri ilə müqayisədə 47% daha sürətli baş verir.

Yeganə demək istədiyim budur ki,  öz həyatınıza biganə qalmayın. Razılaşın ki, xəbəriniz belə olmadığı xəstəlikdən ölmək - çox üzücüdür. Özünüzü, əlamətlərə əsasən yoxlayın və əgər uyğunluq varsa - mütəxəssisə müraciət edib, uyğun dərman müalicəsinə başlayın.