Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nə qədər diqqətli biri olduğunuzu bilmək istəyirsiniz? - Bu test sizin üçündür

  • 2019.01.14 09:19
  • 10824 Baxış
Nə qədər diqqətli biri olduğunuzu bilmək istəyirsiniz? -  Bu test sizin üçündür

Bir çox insanlar var ki, onları heç nə ilə təəcübləndirmək mümkün olmur. Bunun əksinə olaraq bir çoxları da var ki, diqqətsiz və dağınıq fikirli olurlar. Bəs siz hansı kateqoriyaya aidsiniz?


Medicina.az bunu təyin etmək üçün sizə test təqdim edir: 


2, 3, 4, 5, 6, 8, 9, 13, 14, 15-ci sualların "hə” cavabına 1 bal,  1, 7, 10, 11, 12-ci sualların "yox” cavabına 1 bal verin. Əks cavabları 0 balla qiymətləndirin.


1. Diqqətsizlik səbəbindən tez-tez uduzursunuz? 


2. Dostlarınız sizi zarafatyana tez-tez aldadır? 


3. Eyni vaxtda hər hansı bir işlə məşğul olaraq həm musiqi dinləyə, həm də ətrafda danışılanları eşidə bilirsiniz? 


4. Küçədə gəzərkən tez-tez pul və ya açar tapırsınız? 

 

5. Yol keçərkən sağa-sola diqqətlə baxırsınız? 


6. 2 gün əvvəl baxdığınız filmin xırda detallarını yada sala bilərsinizmi? 


7. Sizi kitab oxuyarkən və ya televizora baxarkən kimsə yayındırırsa əsəbləşirsinizmi? 

 

8. Mağazada pulun qalığını sayırsınız? 


9. Axtardığınız əşyanı tez tapırsınız? 


10. Küçədə adınızı eşitdikdə reaksiya verirsinizmi?

 

11. Bəzən insanları bir-biri ilə səhv saldığınız olubmu? 


12. Avtobusda söhbətə dalıb dayanacağınızı ötürmüsünüzmü? 


13. Yaxınlarınızın doğum tarixini heç düşünmədən söyləyə bilərsiz? 


14. Yuxudan asan oyanırsınız? 


15. 1 il əvvəl olduğunuz yad şəhərdə kimsənin köməyi olmadan hər hansı bir ünvanı tapa bilərsinizmi?

 

11 xal və daha artıq. Siz diqqətli və anlayışlısınız. Sizdə olan yaddaşa və diqqətə yalnız həsəd aparmaq olar.

 

5-10 xal. Siz diqqətli birisiniz. Bir qayda olaraq vacib heç nəyi unutmursuz. Amma bəzən dağınıq fikirli olursunuz ki, bu da bəzi anlaşılmazlıqlara səbəb olur. 


4 xal və daha az. Siz çox diqqətsizsiniz. Məhz bu xüsusiyyətiniz həyatınızda olan narahatlıqların əsas səbəbidir. Sizin diqqətsizliyiniz səbəbindən ətrafdakılarınız əziyyət çəkir.


Arzu

Medicina.az