Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nazirliyin qadağan etdiyi arıqlama dərmanları yenidən satışda - 3 qadını öldürmüşdü…

  • 2017.10.26 13:47
  • 39096 Baxış
Nazirliyin qadağan etdiyi arıqlama dərmanları yenidən satışda -  3 qadını öldürmüşdü…
Türkiyədə Səhiyyə Nazirliyinin 7 il əvvəl qadağan etdiyi arıqlama preparatları yenidən satışa çıxarılıb.


Medicina.az xəbər verir ki, 3 gənc qadının ölümünə səbəb olduğu üçün satışdan yığışdırılan "Pepper Time” (Qırmızı bibər vaxtı) adlı arıqlamaq dərmanı qaçaq yolla Türkiyəyə gətirilib. Toxluq hissi verdiyi iddia edilən, amma toksik tərkibli "Sibutramin” adlı molekul Çindən alınaraq Türkiyədə həblər şəklində satışa çıxarılıb.


Hazırda daha böyük həyati təhlükə daşıyan dərman Çin qaynaqlı internet saytlarında 500 dollara satılır. 


Türkiyədə isə bu dərmanların qiyməti 49-69 lirə aralığında dəyişir. 5 qutunun qiyməti isə 345 lirəyə qədərdir. Satan şirkətlər isə Gömrük və Ticarət Nazirliyinin məsələdən xəbərdan olduğunu bildirib. 


Qida Əlavələri və Bəslənmə Dərnəyinin rəhbəri Samet Serttaş açıqlama verərək bildirib ki, tərkibi sibutramin maddəsi olan dərmanların satışı qadağandır:


”Qaçaq yolla ölkəyə gətirilir. Gətirilən dərmanlara bəzi işbazlar qatqılar qatır. Hazırda bu tip dərmanların yayılmasının qarşısını almaq üçün tədbirlər görülür”.


Qeyd edək ki, bir neçə il əvvəl bu dərmanlardan ölüm hallarının olması Türkiyədə böyük ajioataj yaradıb. Belə ki, Ebru Atabeyoğlu adlı qadın preparatları qəbul edib, arıqlayaraq 63 kiloya düşüb. Sonradan isə halı pisləşərək təcili xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb. Ölüm səbəbini araşdırdıqda isə xəstənin arıqlamaq dərmanı qəbul etdiyi və eyni gündə ağrı kəsici iynə vurulduğu təsbit edilib. Ölən qadının atası isə dərmanı Səhiyyə Nazirliyinə təqdim edib. Baş verən hadisədən 2 ay sonra isə 1 uşaq anası Nilay Dinçer də həmin dərmandan qəbul edib. O da ölən qadınla eyni taleyi yaşayıb.
Nazirliyin qadağan etdiyi arıqlama dərmanları yenidən satışda -  3 qadını öldürmüşdü…