Şamaxıda xəstəxana gücləndirilmiş rejimdə çalışıb.
Səhiyyə Nazirliyindən Medicina.az-a verilən məlumata görə, 6 Təcili tibbi yardım briqadası işləyib.
Təcili yardıma 30 müraciət olub. 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub.
Xəsarət alanlara travmotologiya şöbəsində lazımı yardım göstərilib. Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib. Bir nəfər cavan adamın həyəcandan dili tutulub. O da yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb: "Bir nəfərin həyəcandan beyninə qan sızıb. 58 yaşı var reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır qiymətləndirilir”.