Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nazirlikdən uşağın ölümünə səbəb olan bit dərmanı ilə bağlı açıqlama

  • 2024.08.30 15:10
  • 1595 Baxış
Nazirlikdən uşağın ölümünə səbəb olan  bit dərmanı ilə bağlı açıqlama
Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlət Reyestrində "Niastol" adda məhsul qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib.

Medicina.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib.

Qeyd edilib ki, "Niastol" adlı kimyəvi preparat baytarlıqda mal-qaranın dezinfeksiyasında istifadə edilir.

Xatırladaq ki, Göygöl rayonu Balcılı kənd sakinləri 1961-ci il təvəllüdlü qadın və 3 azyaşlı dəqiqləşdirilməmiş dərman zəhərlənib. Onlardan biri, 2014-cü il təvəllüdlü uşağın həkiməqədər ölüm faktı qeydə alınıb.