Xalq artisti Rafael Dadaşov dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.
Bu barədə Medicina.az-a Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata əsasən, R. Dadaşovun müalicəsi hazırda reanimasiya şöbəsində davam edir. Vəziyyəti həkimlər tərəfindən ağır stabil qiymətləndirilir.