Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nazirlik vaxtından əvvəl doğulmuş uşaqları bir yerə yığdı - İndi 15 yaşları var...

  • 2017.11.17 19:07
  • 24388 Baxış
Nazirlik vaxtından əvvəl doğulmuş uşaqları bir yerə yığdı -  İndi 15 yaşları var...
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 6 nömrəli Mamalıq-Ginekologiya İnstitutunda tədbir keçirilib.

BakuPost.az xəbər verir ki, tədbirdə Respublikanın baş neonotoloqu Rüstəm  Hüseynov, Səhiyyə Nazirliyinin kuratoru Nərgiz Şərifova, tanınmış neanotoloqlar, tibb işçiləri iştirak edib. 

Tədbir 2 hissədən ibarət olub: birinci hissədə vaxtından əvvəl doğulmuş uşaqlar, onların ailə üzvləri ilə görüş keçirilib, onlara hədiyyələr təqdim olunub.  Onlar arasında 5 aylıqdan tutmuş 15 yaşına kimi vaxtilə yarımçıq doğulmuş uşaqlar olub.

İkinci hissədə isə elmi konfrans keçirilib: müxtəlif tibb müəssisələrinin həkimləri praktiki təcrübələri, bilik və tibbi düşüncələrini bölüşüblər. Rüstəm Hüseynov və Nərgiz Şərifova məruzələrlə çıxış edərək, Azərbaycanda Neonatal xidmətlərin ildən-ilə inkişaf etməsindən danışıblar. Sonda ənənəvi olaraq havaya tünd bənövşəyi şarlar buraxılıb. Bunun da simvolik mənası var: yarımçıq doğulmuş uşaqlar oksigen aclığından göy rəngə çalırlar və sonradan sağ qalırlar. 