Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nazirlik keyfiyyətsiz şprislərin dövriyyəsinə münasibət bildirdi

  • 2019.11.05 13:33
  • 3164 Baxış
Nazirlik keyfiyyətsiz şprislərin dövriyyəsinə münasibət bildirdi
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi dövriyyəyə
keyfiyyətsiz şprislərin buraxılması barədə yayılan məlumatlara münasibət
bildirib.


Medicina.az xəbər verir ki, Mərkəzin İctimaiyyətlə
əlaqələr şöbəsinin məlumatına görə, quruma heç bir vətəndaşdan
standartlara uyğun olmayan şiprislərlə bağlı şikayət daxil olmayıb.


Mərkəz vətəndaşlara tövsiyə edir ki, hər hansı problem
yarandığı təqdirdə qurumun qaynar xətt nömrələrinə (012 596 07 12, 012
594 57 27, 012 594 57 37) zəng edərək, email ünvanına ([email protected]) yazaraq və ya AEM-in Bir Pəncərə xidmətinə yaxınlaşaraq şikayətini bildirsinlər:

 

"Hər bir şikayət dərhal araşdırılacaq".