Nazirlər Kabineti yanında operativ qərargah valideynlərə çağırış edib.
Bu barədə qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva məlumat verib.
O bildirib ki, valideynlər uşaqları qapalı, adamların sıx toplaşdığı yerlərə aparmasınlar:
“İstər koronavirus, istər digər viruslar olsun, tez bir zamanda yayılır”.