Daxildə koronavirusa yoluxmanın başlaması artıq özü bir siqnaldır. Ona görə də insanlar daha çox ciddi yanaşmalıdırlar və özünütəcridə meyillənməlidirlər. Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi xüsusi karantin rejimi haqqında qərarı da elə bu hadisənin təsiri altındadır.
Medicina.az xəbər verir ki, bu fikirləri Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
"Dünyada, bizim qonşu ölkələrdə, təmaslarda olduğumuz ölkələrdə ölənlərin və yoluxanların sayının artması və həm də daxildə yoluxmaların başlaması - bütün bunlar daha çox ehtiyatlanmağa məcbur edir ki, xüsusi karantin rejimi tətbiq olunsun", - İ.Məmmədov vurğulayıb.