Azərbaycanda illik icbari tibbi sığortanın xidmət haqqı ilə bağlı məsələyə baxılır.
Medicina.az apa-a istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, bu məsələ hələ də müzakirə olunur. 2016-cı ildən səhiyyə islahatlarının vacib hissəsi olan icbari tibbi sığortanın pilot layihələrinin tətbiqinə başlandığını xatırladan nazir müavini qeyd edib ki, Mingəçevir şəhəri və Yevlax rayonunda icra olunan icbari tibbi sığortanın gələn il sahəsi genişlənəcək.
E. Ağayev tibb işçilərinin sertifikasiyası məsələsinə də münasibət bildirib: "Uzun illərdir bu proses həyata keçirilir. Beş ili tamam olan həkimlər və tibb işçiləri yenidən sertifikasiyaya cəlb olunurlar. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar əsasında icra olunur. Sertifikasiyadan keçməyən həkimlər tibb fəaliyyəti ilə məşğul olmamalıdır”.