Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev təcili xəstəxanaya yerləşdirilib.
"Medicina" az xəbər verir ki, bu barədə uzun illər onun mətbuat xidmətində işləyən jurnalist Aleksandr Aksyutits bildirib.
O, qeyd edib ki, Nazarbayev ürəyindən əməliyyat oluna bilər.
Onun durumunun necə olduğu hələlik açıqlanmayıb.
Qeyd edək ki, N.Nazarbayev 1990-2019-cu illərdə Qazaxıstanın dövlət başçısı kimi fəaliyyət göstərib. O, eyni zamanda Qazaxıstan Təhlükəsizlik Şurasının sabiq rəhbəri və hakim Nur Otan partiyasının sabiq lideridir.